ÖLKƏSEÇMƏ

Polisin yazdığı cərimələr ləğv olunmalıdır

Milli Şuranın sədri Cəmil Həsənli

Covid 19-un doğurduğu daha bir məsələni Sizinlə müzakirə etmək istəyirik. Bu karantin qaydalarını, xüsusiylə SMS hoqqabazlığını əsas gətirərək polis orqanları tərəfindən kütləvi cərimlərin tətbiq edilməsidir. İlk öncə onu deyək ki, bütün imkanlar daxilində karantin qaydalarına əməl etmək vacibdir. Lakin, Milli Şura olaraq Polis orqanlarının vətəndaşları cərimə, cərimənin həcmini müəyyən etmək və onun inzibatı qaydada ödətdirmək kimi əməllərini qanunsuz hesab edirik və bunun respublika qanunları ilə ziddiyyət təşkil etdiyini bəyan edirik. Mövcud qanunvericiliyə görə vətəndaşlar yalnız məhkəmələrin qərarı ilə cərimə oluna bilər və cərimənin həcmi də məhkəmələr tərəfindən müəyyənləşdirilə bilər. Bioloji təhlükə ilə bağlı yaradılmış Operativ qərargahın müəyyən etdiyi qaydaların hüquqi məsuliyyət doğurması mübahiəslidir və buna əsasən məsuliyyətə cəlbolunmalar yolverilməzdir. Məlum olduğu kimi, qanunvericilikdə ancaq qərar qəbul etmək səlahiyyəti olan, Konstitusiya və qanunlarla səlahiyyət verilmiş qurmların qərarlarını yerinə yetirməmək hüquqi məsuliyyət yaradır. İndiki halda DİN orqanları məhkəmələrin səlahiyyətlərini mənimsəyib və qeyri-qanuni formada vətəndaşları kütləvi şəkildə cərimələyib, insanları cərimənin ödənilməsinə məcbur edib. Ona görə də bu cərimələri ödəməyə tələsməyin. Minimum əmək haqqı 250 manat olan ölkədə karantin cərimələrinin maksimum həddinin 200 manat müəyyən edilməsi cərimələrin Avropa və Qərb stantartları ilə izah edilir. Lakin Azərbaycan hakimiyyətinin vətəndaşa verdiyi minimum əmək haqqı və bioloji bohranla bağlı sosial paket Qərb standartlarından 10-12 dəfə aşağıdır, axı. Cərimənin həddinin ağlabatan izahı olmalıdır. Milli Şura olaraq biz belə hesab edirik ki, SMS, maska taxmamaq və digər karantin qaydalarının pozulması ilə bağlı polis orqanları tərəfindən həyata keçirilən cərimələr qanunsuzdur, antikonstitusyondur və onlar hamısı ləğv edilməlidir. Məsələn, DİN orqanları hansı meyarlara görə müəyyən edir ki, SMS hoqqabazlığına görə vətəndaşın biri 100 manat, ikincisi 150 manat, üçüncüsü 200 manat cərimə ödəməlidir? Biz tanınmış hüquqşünas və vəkillərdən xahiş edirik, onlar da bu məsələyə rəy bildirsinlər.

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button