2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Polislər qətl törədilən evə girməyiblər? – Müəmmanın izi ilə

“Polisin məhkəmə qərarı olmadan

Paytaxtın Nizami rayonunda ana və iki övladının ölümü ilə nəticələnən hadisədə polisin səhlənkarlıq etməsi barədə iddia gündəm mövzularından birinə çevrilib. İddia edilib ki, evdən qışqırıq və mübahisə səsləri eşidən qonşular əraziyə polis çağırsalar da, polis ailə münaqişəsi olduğu üçün heç bir şey edə bilməyəcəyini deyərək, oranı tərk edib.

Mövzu ilə bağlı PressKlub.az-ın suallarını vəkil Cavad Cavadov cavablandırıb. O bildirib ki, “Polis haqqında” Qanunun 24-cü maddəsinin ikinci hissəsinə əsasən polis məhkəmənin qərarı olmadan vətəndaşın mənzil toxunulmazlığını poza bilər və vətəndaşın razılığı olmadan mənzilə daxil ola bilər: “Yaşayış yerində insanın həyat və səhhəti üçün real təhlükənin olarsa, bu mümkündür. Burada real təhlükənin necə qiymətləndirilməsini isə qanun açıqlamır. Amma konkret bu faktı götürsək qonşuların səs-küy eşitməsi artıq təhlükəyə dəlalət edir. Bu səbəbdən də polis qonşuların çağırışlarına xüsusi yanaşmalı və diqqət yetirməli idi”.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil əlavə edib ki, polisin vəzifələrindən biri də baş verə biləcək cinayətləri önləməkdir: “Müvafiq qanunun 4-cü maddəsinə əsasən polisin vəzifələri, cinayətin və digər xətaların qarşısının alınmasıdır. Burada polisin önləyici tədbirlər alması xüsusi önəm daşıyır. Polisin hadisəyə biganə yanaşması barədə iddiaları isə mətbuatdan eşidirik. Düşünürəm ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi çox ciddi araşdırma aparacaq və araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanacaq”.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov PressKlub.az-a bildirib ki, hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır: “Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək”.

Xatırladaq ki, hadisə ilə bağlı DİN-in yaydığı məlumata əsasən, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları – 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətlə yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev saxlanılıb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək, götürülüb.

Şəfəq

24 saat” “Polislər qətl törədilən evə girməyiblər? – Müəmmanın izi ilə” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button