2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Polşa buryat fəalı Rusiyaya verməkdən imtina etdi

Varşava dairə məhkəməsi “İşgəncəsiz Sibir” insan haqları təşkilatının buryat şöbəsinin rəhbəri Yevgeni Xasoyevi Rusiyaya ekstradisiya etməkdən imtina edib.

Hakim öz qərarını onunla əsaslandırıb ki, Xasoyevə qarşı Rusiyada açılmış cinayət işində saxtakarlıq əlamətləri var.

Xasoyev bu barədə deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Hakim dedi ki, Rusiya hakimiyyət orqanlarının bu cinayət işi ilə və məni ruhi xəstəxanada yoxlatdırmaqla məni Navalnıya hüquqi yardım məqsədilə keçirdiyim qış aksiyalarına görə cəzalandırmaq istədiyi ona aşkardır”.

Xasoyev mart ayında demişdi ki, ona qarşı iki cinayət işinin qaldırılması ilə bağlı Rusiyanı tərk edir.

Onu məhkəmə katibinə hücum etməkdə və böhtanda ittiham edirdilər.

İnsan haqları fəalı deyib ki, onun barəsində cinayət təqibi siyasi motivlidir.

Anamnez

Xasoyev bunu da bildirmişdi ki, onu ruhi xəstəxanaya yerləşdirmək məqsədilə barəsində açılmış işi saxtalaşdıra bilərlər.

İstintaq Komitəsindən bildiriblər ki, fəal barəsində doğrudanda məhkəmə-psixiatrik ekspertizası təyin edilib.

Komitə iddia edir ki, Xasoyev barədə toplanmış anamnez materiallar onun cinayət işi üzrə mühakimə olunub-olunmaması barədə qərarın çıxarılması üçün lazımdır.

Aprelin 13-də Buryatiyanın İstintaq Komitəsi onun guya məhkəmə katibini hədələməsi ilə bağlı Xasoyevi beynəlxalq axtarışa verib.

İyul ayının sonlarında Xasoyevi Interpolun Moskva bürosunun sanksiyası ilə Varşavada saxlamışdılar.

Xasoyevin Rusiya tərəfinə verilməsinin “hüquqi məqsədəuyğunluğu” barədə sorğu Polşa prokurorluğuna, daha sonra isə Polşa məhkəməsinə təqdim edilmişdi.

İttihamlar

Yevgeni Xasoyev bundan əvvəl fevralın 8-də 23 və 31 yanvar etirazlaırının bir iştirakçısını məhkəmə dinləməsində müdafiə etdiyinə görə elə məhkəmə zalında saxlanmışdı.

Bu zaman Xasoyevlə məhkəmə icraçılarından biri arasında mübahisə düşmüşdü.

Xasoyev bu məsələdə özünün təxribata çəkildiyini iddia edir.

İstintaq Komitəsinin versiyasına görə isə Xasoyev sözü gedən icraçını küçəyə çağıraraq orada onu qatlama bıçaqla hədələyib.

Xasoyevə qarşı daha bir cinayət işi böhtan maddəsi ilə açılıb.

O “Mən polislərin işgəncə verdiklləri polisəm” filmində etdiyi çıxışda hüquq-mühafizə orqanının bir əməkdaşına böhtan atmaqda ittiham olunur.

Yevgeni Xasoyev bildirib ki, bu ikinci işi birinci iş üzrə dəlillər tapa bilmədiklərinə görə açıblar.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button