2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Polşa da Rusiyanın üç diplomatını qovur

Polşa Rusiyanın Varşavadakı səfirliyinin üç diplomatının ölkədən çıxarılmasına dair qərar qəbul edib.

Varşava bildirir ki, bu addımı Birləşmiş Ştatlarla həmrəylik əlaməti olaraq atıb.

Saytların yığılması Saytlarin yigilmasi

Polşa Xarici İşlər Nazirliyinin aprelin 15-də verdiyi bəyanatda deyilir ki, Rusiya səfirliyinin üç əməkdaşı diplomatik statuslarını pozduqlarına və Polşaya qarşı ziyanlı fəaliyyətda olduqlarına görə persona non grata elan ediliblər.

Aprelin 15-də Birləşmiş Ştatlar Rusiya üzərinə Moskvanın seçki müdaxiləsinə və kiberhücumlarına görə geniş sanksiyalar elan edib.

Moskvaya qarşı tədbirlərin sırasında Rusiyanın ABŞ-dakı 10 diplomatının ölkədən çıxarılması da var.

Moskvadan Polşaya “vassal” ittihamı

Vaşinqton bildirib ki, ölkədən çıxarılan diplomatların bəziləri Rusiya kəşfiyyat orqanlarının əməkdaşlarıdır.

ABŞ sanksiyalarına dair bəyanatda SolarWinds şəbəkəsi üzərinə geniş haker hücumunun arxasında Rusiya Xarici Kəşfiyat İdarəsi – SVR-in dayandığı bildirilir.

Polşanın Xarici İşlər Nazirliyi bəyan edib ki, SolarWinds üzərinə haker hücumu ABŞ-ın sərhədlərindən kənar əraziləri, o cümlədən Avropa ölkələrini də təsirləndirib:

“Polşa Birləşmiş Ştatlarla həmrəylik mövqeyində dayanır. Biz ölkələri, özəl sektoru və ayrı-ayrı fərdləri kiberfəzada məsuliyyəli davranış prinsiplərinə əməl etməyə çağırırıq”.

Rusiyanın Polşanın demarşına onun diplomatlarının qovulması ilə cavab verəcəyi gözlənilir.

Interfax agentliyi xəbər verir ki, Rusiya Dövlət Duması Xarici İşlər Komitəsinin rəhbəri Leonid Slutski Polşanı “rusofobiyada” və özünü “Birləşmiş Ştatların həqiqi vassal kimi aparmaqda” ittiham edib.

24 saat” “Polşa da Rusiyanın üç diplomatını qovur” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button