2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Polşa Ukraynaya 200-dən çox T-72 tankı verib

Hazırda Ukrayna ordusunun 400 bu markadan olan tankı var

Saytların yığılması Saytlarin yigilmasi

Polşa Ukraynaya 200-dən çox sovet istehsalı olan T-72 tankı, habelə onlarca PDM verib.

Ümumiyyətlə Rusiyanın Ukraynaya hücumu başlanandan bəri Polşadan Ukraynaya 1.5 milyard avro dəyərində hərbi texnika və avadanlıq verilib.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə Ukraynaya indiyədək Polşadan “Qrad” yaylım atəşi sistemləri, MiG-29 və Su-27 qırıcıları üçün “göy-göy” raketləri çatdırılıb.

Bütün bunlardan başqa Polşa Ukraynaya özünün istehsalı olan WB Electonics kəşfiyyat dronları verib.

Polşa radiosunun verdiyi məlumata görə Çexiya da Ukraynaya T-72 tankları göndərib.

Hazırda Ukrayna ordusunun 400 bu markadan olan tankı var.

Sovet tankı

T-72 tankının işlənməsinə 1967-ci ildə Sovet İttifaqında başlanıb.

1973-cü ildə bu tanklar sovet ordusunun cəbbəxanasına verilib.

Tankların seriya istehsalına da elə 1973-cü ildə Uralvaqonzavodda və Çelyabinsk Traktor Zavodunda (ÇTZ) başlanıb.

Kütləvi istehsal 1990-cı illərdə dayandırılıb. İndiyədək ümumilikdə 30 min T-72 tankı istehsal olunub.

Sovet tanklarından Şərqi Avropanın bir sıra ölkələrinin ordularında istifadə edilirdi. Bunlar əsasən sosialist bloku olan Varşava paktına daxil ölkələr idi.

Ukraynaya daha çox sovet hərbi texnikasının verilməsinə səbəb Ukrayna hərbçilərinin bu texnikadan istifadəni bacarmasıdır.

Lakin indi getdikcə daha çox Ukrayna hərbçisi NATO və Qərb hərbi texnikası ilə işləmək üçün təlim keçir.

24 saat” “
Polşa Ukraynaya 200-dən çox T-72 tankı verib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button