Polşanın baş naziri Mateuş Moravetski Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya təyyarə göndərməyə hazır olduqlarını bəyan edib.
Morawiecki bildirdi ki, onun hökuməti Sovet istehsalı olan MiQ-29-ları Ukraynaya “yaxın dörd-altı həftə ərzində” çatdıra bilər.
Ukrayna liderləri digər NATO üzvlərini də Kiyevə təyyarə göndərməyə çağırır.
Məlumdur ki, Ukrayna Hərbi Hava Qüvvələri MiQ-29-larla tanışdır. 1989-cu ildən bu döyüş təyyarələrindən istifadə edən Polşada hələ də 28 MiQ-29 var.
Polşa tədricən MiQ-29 donanmasını ABŞ istehsalı olan F-16 və Cənubi Koreya istehsalı olan FA-50 çoxməqsədli təyyarələri ilə əvəz edir, həmçinin ABŞ istehsalı olan F-35 qırıcıları da alır.
Rusiya ilə müharibənin ikinci ilində Ukrayna hava hücumundan müdafiəni gücləndirmək üçün Qərb ölkələrindən döyüş təyyarələri tələb edir. (AA)
Tərcümə“24 SAAT”
You must log in to post a comment.