2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Polşa və Baltik ölkələri rusiyalılara giriş qadağası qoyacaq

Dörd ölkə vurğulayır ki, bu, tam giriş qadağası deyil, dissidentlər, humanitar hallar üçün legitim istisnalar razılaşdırılıb

Saytların yığılması Saytlarin yigilmasi

Sentyabrın 8-də Polşa və üç Baltik ölkəsi bu ayın sonundan Aİ vizaları olan rusiyalıların çoxunun bu ölkələrə girişinə “ümumi yanaşma” elan edib.

Estoniya, Latviya, Litva və Polşanın birgə bəyanatında Rusiyanın Ukraynaya səbəbsiz işğalının davam etməsi fonunda rusiyalıların “əsaslı və artan axını” sarıdan narahatlıq və təhlükəsizlik məsələlərindən söz açılır. Rusiya vətəndaşlarının turizm, mədəniyyət, idman və biznes məqsədilə ilə Şengen ərazisinə girişinin məhdudlaşdırılacağı qeyd olunur.

Dörd ölkə vurğulayır ki, bu, tam giriş qadağası deyil, dissidentlər, humanitar hallar üçün legitim istisnalar razılaşdırılıb. Qadağaların sentyabrın 19-dan ölkələrdə ayrı-ayrılıqda qüvvəyə minəcəyi bildirilir.

Aİ üzvləri ötən ay rusiyalı ziyarətçilərə tam giriş qadağasını qızğın müzakirə ediblər. Almaniya və Fransa belə bir addımın əkstəsir göstərəcəyini deyirdilər. Skandinaviya və Baltik ölkələri qadağan tərəfdarı kimi çıxış edirdilər.

Bəyanatda Aİ-nin avqustun 31-də blokun Rusiya ilə sadələşdirilmiş viza rejimini ləğvi qərarı alqışlanır, “ilk vacib addım” adlandırılır.

“Ancaq verilən viza sayını, əsasən də turist vizalarının sayını kəskin məhdudlaşdırmaq, Avropa İttifaqına və Şengen ərazisinə axın edən Rusiya vətəndaşlarının azaltmaq üçün əlavə addımlar lazımdır”, – bəyanatda vurğulanır.

Belə bir qadağaya dair ən güclü arqument odur ki, bu, müharibəyə görə rusiyalıların hamısını cəzalandırmaq deməkdir.

“Ukraynada insanların işgəncə gördüyü və qətlə yetirildiyi bir vaxtda təcavüzkar dövlətin vətəndaşlarının Aİ-də azad səyahət etməsi də qəbuledilməzdir”, – dörd ölkə birgə bəyanatında qeyd edir.

Həmçinin Aİ/Şengen ərazisinə girən Rusiya vətəndaşları arasında bu ölkələrin təhlükəsizliyinə zərbə vurmaq məqsədilə gedənlərin olduğu da vurğulanır. “Rusiya vətəndaşlarının dörddə üçü Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsini dəstəkləyir”, – bəyanatda deyilir.

Rusiya hakimiyyəti Ukraynadakı müharibəylə bağlı tənqidi kriminallaşdırıb, müharibəyə “xüsusi hərbi əməliyyat” deyilir.

İşğal başlayandan onminlərlə rusiyalı ölkədən çıxıb. Onların bir qisminin rəsmilərin təqibindən, digərlərinin Qərbin sanksiyalarının təsirindən yayınmağa çalışdığı düşünülür.

Tallin, Riqa, Vilnüs, Varşava Putin rejiminin opponentlərinə dəstək verəcəklərini, “onları Rusiyadan çıxmaq imkanıyla təmin edəcəklərini” deyirlər.

24 saat” “
Polşa və Baltik ölkələri rusiyalılara giriş qadağası qoyacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button