Loading...
Loading...
SEÇMƏ

Polşada II Dünya müharibəsinə aid iki kütləvi məzarlıq aşkar edib

Yayımlandı: 15 İyul 2022 13:09

Məzarlıqda azı 8 min nəfərin qalıqlarının olduğu bildirilir

Polşanın Milli Yaddaş İnstitutu İkinci Dünya müharibəsinə aid iki kütləvi məzarlıq aşkar edib.

Təşkilatın rəhbəri Karol Navrotski bildirib ki, qalıqlar Varşavanın şimalında, “Dzialdovo” kimi tanınan “Soldau” konsentrasiya (insanların etnik, siyasi və dini mənsubiyyətinə görə tutulduqları müəssisə) düşərgəsinin yaxınlığındakı meşədə tapılıb.

Kütləvi məzarlıqlarda ən azı səkkiz min nəfərin qalıqlarının olduğu bildirilib.

Mütəxəssislər bu qənaətə ümumilikdə 17 tondan çox külün tapılması faktını əsas gətiriblər.

Cəsədlərin soyqırımın izlərini silmək üçün nasist əməliyyatında qəbirlərdən çıxarılaraq yandırılıb və yenidən basdırıldığı təxmin edilir.

“Dzialdovo” kimi tanınan “Soldau” düşərgəsi 1939-cu ildə tikilib.

Düşərgədə 30 minə yaxın insanın öldürüldüyü təxmin edilir.

İkinci Dünya müharibəsi zamanı 6 milyon polyak, o cümlədən 3 milyon yəhudinin öldürüldüyü deyilir.

Meydan TV

Gözdən qaçırmayın:  Vinnitsada raket zərbələrindən 20 nəfərin öldüyü bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button