Polşada mədəndə çökmə
class=”mediyanet-inline-adv”>
Polşanın cənubundakı Myslowice şəhərində fəaliyyət göstərən Myslowice-Wesola mədənində səhər saatlarında çökmə baş verib. Çökmə baş verən ərazidəki 15 mədənçidən 11-i qaçmağı bacararkən, 4 mədənçi sıxışıb qalıb. Qaçmağı bacaran mədənçilərdən 9-u yüngül xəsarətlərlə yaxınlıqdakı xəstəxanalarda müalicə olunub.
Təxminən 870 metr dərinlikdə baş verən çökmədə qapalı qalan işçilər üçün axtarış-xilasetmə işlərinə başlanılıb. Komandaların səhər saatlarında çıxara bildiyi bir mədənçi yaralı olaraq xəstəxanaya aparılıb.
Dağılma və metan qazının partlama riskinin hələ də davam etdiyi mədəndə çətinliklə çalışan xilasetmə qrupları 2 mədənçinin cəsədinə çatıb. Qapalı qalan dördüncü şaxtaçının axtarışları davam edir.
2024-05-14 15:01:31
Tərcümə“24 SAAT”