2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Polşada saxlanan keçmiş icra başçısı buraxılıb

Qubadlı Rayon İcra Hakimiyyətinin iki ay öncə Polşada saxlanan keçmiş başçısı Elxan Nuriyevin azadlığa buraxıldığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə AzadlıqRadiosuna E.Nuriyevin yaxınları məlumat verib. Onların deməsinə görə, bunu onlara E.Nuriyevin vəkili bildirib.

Vurğulandığına görə, Polşa məhkəməsi Azərbaycanın İnterpola müraciətinə əsasən saxlanılan E.Nuriyevi onlara təhvil verməkdən imtina edib. Amma, hələlik, bu məlumatı məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

E.Nuriyev oktyabrın 2-də Azərbaycan tərəfindən İnterpola verilən müraciətə əsasən saxlanmışdı. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, o, 1993-cü ildə baş verən bir sıra xüsusilə ağır cinayətlərin törədilməsində təşkilatçı kimi şübhəli sayılır. Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, (Qəsdən təkrar adam öldürmə) 29 (Cinayət etməyə cəhd), 120.2.11, 309.2 (Vəzifə səlahiyyətini aşma) və digər maddələri ilə cinayət işi başlanıb: “Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunub”.

Bildirilirdi ki, E.Nuriyevin Azərbaycana ekstradisiya edilməsi məqsədilə Baş Prokurorluq aidiyyəti qurumlara sorğu göndərib.

E.Nuriyevin yaxınları bu ittihamları qurama sayırdı. O, uzun müddət Ukraynada yaşayıb. Onun yaxınlarının verdiyi məlumata görə, E.Nuriyev Ukrayna vətəndaşıdır və dəfələrlə xaricə çıxsa da, heç bir problem yaranmamışdı.

E.Nuriyev 1992-1993-cü illərdə (Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində) Qubadlı Rayon İcra Hakimiyyəti başçısı işləyib.

Ondan əvvəl isə onun Azərbaycan ərazilərinin müdafiəsində yaxından iştirak etdiyi deyilir. O, Gəncədə hakimiyyətə qarşı silahlı itaətsizlikdən və hakimiyyət dəyişikliyindən sonra Azərbaycandan gedib.

Yaxınlarının bildirməsinə görə, o, Ukrayna vətəndaşı, Ali Radanın Hüquq komitəsinin əməkdaşı, Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədridir.

Saxlanmazdan əvvəl o, internet televiziyalarına tez-tez müsahibə verərək Rusiyanın bu il fevralın 24-də Ukraynaya təcavüz etdiyini pisləyib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button