Polşada təhlükəsizlik böhranı! Nazirlər Şurasının iclas zalında dinləmə cihazı tapılıb
class=”mediyanet-inline-adv”>
Polşada Nazirlər Şurasının iclasında casus panikası yaşanıb. Polşa Xüsusi Qüvvələr Koordinasiya Nazirliyinin mətbuat katibi Yaçek Dobrzinski açıqlamasında bildirib ki, Nazirlər Şurasının bu gün iclas keçirəcəyi otaqda dinləmə cihazı tapılıb.
Dobrzynski, cihazın 2024-cü ildə keçiriləcək Avropa İqtisadi Konqresi səbəbiylə müstəsna olaraq Katovitse şəhərində keçiriləcək Nazirlər Şurasının iclasından əvvəl aparılan axtarışlar zamanı aşkarlandığını bildirib. Mətbuat sözçüsü Yaçek Dobrzinski bildirib ki, sözügedən qurğu Dövlət Təhlükəsizlik Xidməti və Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən sökülüb.
Xüsusi Təyinatlı Qüvvələr Koordinasiya Naziri Tomaş Simonyak mətbuata verdiyi açıqlamada, məsələ ilə bağlı araşdırmaya başlanıldığını və dinləmə cihazının yerləşdirilmə vaxtı ilə bağlı hələlik bir şey söyləməyin mümkün olmadığını bildirib.
2024-05-07 15:02:01
Tərcümə“24 SAAT”