Ryanair-in Polşanın Katovitse şəhərindən Afinaya uçan təyyarəsində bomba xəbərdarlığı edilib.
Yunanıstan Dövlət Agentliyinin AMNA xəbərinə görə, Ryanair-in 150-dən çox sərnişini olan təyyarəsi yerli vaxtla saat 17.40-da Eleftherios Venizelos hava limanına enib. Təyyarəyə enişi Yunanıstan Silahlı Qüvvələrinə aid iki F-16 qırıcısının müşayiət etdiyi bildirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində hava limanının ucqar ərazisinə eniş edən təyyarənin salonu və baqajının sərnişinlər yola salındıqdan sonra xüsusi qruplar tərəfindən yoxlanılması nəzərdə tutulur. (AA)
Tərcümə“24 SAAT”
You must log in to post a comment.