SEÇMƏ

Polşanın Baş naziri təcili iclas çağırıb

Yayımlandı: 15 Noyabr 2022 23:12

İclasın çağırılma səbəbi açıqlanmasa da, Rusiya raketlərinin Polşa ərazisinə düşdüyü məlum olub

Polşanın Baş naziri Mateuş Moravetski təcili olaraq Nazirlər Şurasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsini çağırıb.

İclasın çağırılmasının səbəbləri açıqlanmasa da, noyabrın 15-də günün ikinci yarısı Rusiyanın Ukrayna ərazisinə kütləvi hava hücumu nəticəsində raketlərin Polşa ilə sərhədə yaxın yerə düşməsi göstərilib.

“Radio Zet”in müxbiri qeyri-rəsmi olaraq iki raketin Ukrayna sərhədi yaxınlığındakı Przevoduv kəndinə düşdüyünü və taxıl qurutma maşınlarına dəydiyini bildirib.

Hətta iki nəfərin öldüyü deyilir. Hadisə yerinə polis, prokurorluq və hərbçilərin nümayəndələri gəlib.

Foto: Teleqram

Nazirlər Şurasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsi 2020-ci ilin oktyabrında Baş nazir Mateuş Moravitskinin qərarı ilə yaradılıb.

Komitənin tərkibinə hökumət başçısı tərəfindən təyin olunan Baş nazirin müavini, Müdafiə Nazirliyinin rəisi, Daxili İşlər Nazirliyinin rəhbəri, ədliyyə naziri, Kəşfiyyat Xidmətlərini Əlaqələndirən nazir və Baş nazir daxildir.

Komitənin vəzifələri milli təhlükəsizlik və müdafiə məsələləri üzrə hazırlıq, fəaliyyət və səmərəli qərarların qəbul edilməsinin əlaqələndirilməsi, habelə bu məsələlərlə bağlı Nazirlər Şurasına və ya Baş nazirə təkliflərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat “United News” milli telemarafonunun efirində bildirib ki, Rusiyanın 90-dan çox qanadlı raketindən 73-ü vurulub.

Meydan TV

Gözdən qaçırmayın:  Neftçala sakini: “Təzə icra başçısı köhnəyə rəhmət oxutdurur”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button