2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Pomidor ixrac edən ölkənin problemləri – Kəskin bahalaşmaya səbəb nədir?

“Azərbaycanda tərəvəz məhsullarının, xüsusilə də pomidorun qiymətinin yüksək olmasına səbəb təklifin az olması və bazarın monopoliyada olmasıdır. Təklif çox olarsa, monopoliya bunun qarşısında tab gətirə bilməz və bazarlarda qiymətlər nisbətən düşər. Lakin məhsul istehsalı az olanda monopoliya fürsətdən istifadə edir. İstehsal az olduğu üçün də təklif azdır. Təklif az olanda da monopolistlər qiymətləri qaldırır. Bilirlər ki, insanlar onsuz da məcbur qalıb məhsulu alacaqlar. Ölkədə bir topdan satış bazarı var. Bütün məhsullar həmin bazara gedir. Məhsulu həmin bazara gətirən tədarükçülərdən istehsalla bağlı məlumatlar alınır”.

Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

V.Məhərrəmov qeyd edib ki, bazardan çıxarılan əsas məhsullar istixana məhsullarıdır: “Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində bir çox istixana sahibkarları sıradan çıxarıldı. 2021-ci ildə pomidor istehsalı ilə məşğul olan sahibkarlar çox ciddi ziyana məruz qaldılar və onların artıq bir çoxu pomidor istehsalı ilə məşğul olmur. Şəmkir, Göyçay rayonlarında çoxlu sayda pomidor istehsalı ilə məşğul olan sahibkarlar var idi. 2021-ci ildə isə onların hamısı müflis oldu. Azərbaycan hökuməti pomidor istehsalçılarının ixrac etdiyi pomidorların qarşısını aldı. Belə ki, hökumət məhsulun Rusiya bazarına çıxarılması üçün Rusiya tərəfi ilə vaxtında bu məsələni həll etmədi. Məhsul sərhəddə uzun müddət saxlanıldıqdan sonra buraxdılar, ancaq bu zaman məhsul artıq xarab olmuşdu. Apardığımız araşdırmalar göstərir ki, 2021-ci ildə məhz pomidor istehsalçıları 50 milyon dollar ziyana məruz qalıblar. 2020-ci ildə Azərbaycanda istixana şəraitində yetişdirilən pomidorun qiyməti 30 qəpik idi. Qeyd etmək lazımdır ki, istixanada yetişdirilən məhsulun maya dəyəri daha baha olur, çünki burada çəkilən xərc daha yüksəkdir. İstixanada əməl olunmalı müəyyən aqrotexniki qaydalar var. Bundan əlavə orada havanın temperaturu tələb olunan şərtə uyğun olmalıdır. Bunlar da əlavə xərclər tələb edir. Ümumiyyətlə, Azərbaycanda istixanada yetişdirilən pomidorlar baha başa gəlir. Ziyana məruz qalan tədarükçülər pomidor istehaslı ilə məşğul olmadıqlarına görə bu gün Azərbaycanda pomidor istehsalı azdır və qiymət yüksəkdir”.

“24 saat “Pomidor ixrac edən ölkənin problemləri – Kəskin bahalaşmaya səbəb nədir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button