2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Poroşenko Bakıya niyə gəlmişdi? – Ekspertdən qaynar şərh

“Poroşenkonun Azərbaycana səfərinin məqsədi fərqlidir. Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir”.

24saat.org-un məlumatına görə, bunu siyasi ekspert, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bəyan edib.

Politoloq Ukrayna prezidentinin Bakı səfərinin səbəblərini şərh edib. Onun sözlərinə görə,
rəsmi Bakı Rusiya ilə münasibətlərə önəm verməklə yanaşı Ukrayna ilə münasibətlərini də inkişaf etdirməlidir: “Bunu Azərbaycan hakimiyyətinin özünün elan etdiyi balanslaşdırılmış xarici siyasət də diqtə edir. Azərbaycanla Ukrayna arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün münbit şərait var.
Məsələn, keçən həftə Bakıya Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri, Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Gennadi Zubko gəlmişdi. Bakıda Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirildi. Ukraynalı nazir Azərbaycana 4 istiqamətdə əməkdaşlığı genişləndirməyi təklif etdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Siyas icmalçı qeyd edib ki, birinci istiqamət Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına nəqlinin təmin edilməsi, ikinci istiqamət Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranziti, üçüncü istiqamət Azərbaycanın Ukraynanın neft-qaz sektoruna investisiyalar yatırılması, dördüncü istiqamət isə Baltik dənizi – Qara dəniz – Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasıdır.
“Sonuncu nəhəng nəqliyyat dəhlizi layihəsidir. Bu dəhliz bir çox ölkə arasında əməkdaşlığın genişlənməsinə təkan verə bilər. Kiev bu məqsədlə dəhlizin idarə olunması üçün vahid idarəedici orqanın yaradılmasını təklif edib. Bu təkliflər Azərbaycanın da maraqlarına uyğundur”,-deyə analitik vurğulayıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button