2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Poroşenko: NATO-ya üzvlük strateji hədəfdir

Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, NATO-ya üzvlük onun ölkəsi üçün strateji hədəf və sarsılmaz kurs olaraq qalır.

Ukraynanın yeni parlamentinin sessiyasının açılışında millət vəkilləri qarşısında danışan Poroşenko bildirib ki, Kiyev alyans üzvlərilə çox sıx və görünməmiş əməkdaşlıq əlaqələrinə nail olub.

Ukrayna üzvlük üçün bütün kriteryalara cavab verənədək NATO ilə əməkdaşlıq yüksəlməyə, genişləməyə və dərinləşməyə davam edəcək, deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna mütəmadi olaraq NATO ilə hərbi təlimlər keçirməyə davam edir. Lakin ittifaq üzvləri bildirib ki, Ukraynanın təkmilləşdirilmiş hərbi texnologiyası NATO standardlarından uzaqdır.

NATO-nun bəzi üzvləri Ukrayna liderinin Kiyevin Krım yarmadasını keçən ay geri alma səyləri barədə çıxışının Moskvanı qəzəbləndirə bilməsilə bağlı narahatlıqlarını bildirib.

Rusiya Krımı 2014-cü ilin mart ayında BMT-nin yekdilliklə qeyri-qanuni hesab etdiyi yerli referendumdan sonra işğal etmişdi.

Rusiya prezidenti Vladimir Putin əsgərlrin referendumdan öncə Krıma daxil olduğunu etiraf edb, lakin Ukraynanın şərqində Moskva tərəfdarı üsyançılara dəstək verildiyini rədd edib. 2014-cü ilin aprel ayından bəri Ukraynada münaqişə nəticəsində 10 mindən çox insan həyatını itirib.

(amerikanın səsi)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button