2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Poroşenkonun ölkədən çıxışına icazə verilib

O, Avropa Xalq Partiyasının sammitində iştirak edəcək

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun iki cəhddən sonra Niderlandda siyasi partiya konfransına qatılmaq üçün ölkədən çıxmasına icazə verilib. O, səyahətinə icazə verilməsi üçün Prezident Volodimir Zelenskiyə müraciət etməli olmuşdu.

Poroşenkonun Avropa Həmrəyliyi partiyasından deputat Volodimir Aryev mayın 30-da deyib ki, keçmiş prezident “Avropa İttifaqında partiyaların ən böyük birliyi, Avropa Həmrəyliyinin üzv olduğu” Avropa Xalq Partiyasının sammitində iştirak edəcək.

İki gün öncə ölkədən çıxmasına icazə verilmədiyini deyən prezident hökuməti Rusiyanın fevralın 24-də Ukraynaya qarşı hücumundan bəri qüvvədə olan, partiya siyasəti üzrə atəşkəsi pozmaqda suçlayıb.

Poroşenko 2014-2019-cu illərdə hakimiyyətdə olub, Ukrayna parlamentində Zelenskinin “Xalqın qulluqçusu” partiyasından sonra ikinci böyük partiyadır. O, 2014-cü ildə Rusiyanın dəstəklədiyi Prezident Viktor Yanukoviç xalq etirazları nəticəsində devriləndən sonra hakimiyyətə gəlib.

Zelenski 2019-cu ildə korrupsiya ilə mübarizə, oliqarxların nüfuzunun məhdudlaşdırılması vədləri ilə Poroşenkonu məğlub edib.

Vətənə xəyanət ittihamı

Yanvarda Poroşenkoya vətənə xəyanət ittihamı irəli sürülüb. Özü və tərəfdarları ittihamı siyasi motivli hesab edir.

Ukraynanın ən zəngin şəxslərindən olan keçmiş prezidentin vəzifədə olduğu 2014-15-ci illərdə ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılara maliyyə yardımı olaraq kömür satışında əli olduğu deyilir.

Bu iş beynəlxalq narahatlığa səbəb olub. ABŞ Dövlət katibi Antoni Blinken fevralda ukraynalılara müraciət edərək Rusiyanın gözlənən işğal təhdidi fonunda “birləşməyə” çağırıb.

Rusiyanın hücumu başlanandan sonra Ukrayna parlamenti bir neçə rusiyapərəst partiyanı qadağan edib. Bəzi partiyaların isə daxili siyasi ziddiyyətləri kənara qoyaraq fəaliyyət göstərməsinə icazə verilib.

24 saat” “
Poroşenkonun ölkədən çıxışına icazə verilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button