2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Porşe”siz… Azərbaycan uğrunda

Çingiz Teymur
[email protected]

Azərbaycanda demək olar ki, hər gün avtomobil qəzaları baş verir. Bir bir bəladır və əfsuslar olsun ki, onu yaradan səbəblər və vəziyyətdən çıxış yolları mümkün olsa da, bu sahədə ciddi addımlar atılmır. Hərdən mənə elə gəlir ki, sanki bu fəlakəti digər sivil ölkələrdə olduğu kimi həll etmək gizli bir qanunla(!) qadağan edilib. Bu mövzuda oxucuları maarifləndirmək fikrindən uzağam. Və əminəm ki, istənilən oxucunun bu haqda təsəvvürü ən az mənimki qədərdir. Məsələyə bir az fərqli yanaşmağa çalışacam.

Saytların yığılması Saytlarin yigilmasi

Bu ayın əvvəlindən kifayət qədər avtomobil qəzası və ölənlərin olmasına baxmayaraq, onlardan yalnız ikisi ictimailəşdirildi. Qəzalar populyar, adi vətəndaşların ala bilməyəcəyi bir marka olan “Porşe” avtomobili ilə baş vermişdi. Birində iş adamının həddi – buluğa çatmayan oğlu iki uşaq anasını vurub öldürdü. İkincisində isə, “Nərgiz” klinikasının məhşur baş həkimi kimi təqdim edilən Məlahət Qəhrəmanovanın (əslində M. Qəhrəmanovanın tibbi təhsili yoxdur, o təbii üsullarla müalicə edir ki, buna da el arasında loğman və yaxud türkəçarə təbib deyirlər – Ç. T.) polis oğlu yüksək sürətlə Şəhid məzarlığının giriş sütunlarına çırpılaraq həyatını itirmişdi.

Nə qədər kədərli olsa da, faciənin tragikomik məqamlarına keçmək zorundayam. Qəzetlər və saytlar bu iki hadisəni ictimailəşdirdikdən sonra keçdilər… analizlərə. Etiraf edim ki, Azərbaycan mətbuatında anormal mülahizələrə çox rast gəlinir, lakin beləsini ilk dəfə görürdüm. Dünyaca ünlü və ən etibarlı alman markalarından biri olan “Porşe”ni bu qəzalarda, daha doğrusu onun törədilməsində tərəf kimi(!) göstərməyə başladılar. Qəzalara ad verildi – birinci və ikinci “Porşe” faciələri(?!)…

Bir çox nəşrlər daha irəli gedərək.., “dalbadal iki “Porşe” faciəsi : səbəb maşınlardır, yoxsa sürücülər?” manşetləri atmağa başladılar. Öz aramızdı, Amaşov demişkən, bir az reketsayaq ( hədəf məchuldur – Ç.T) səslənir…

Sanki bu maşınların istifadə kitabçalarında ” 14 yaşlı uşaqlar da 200 km/saat sürətlə şəhərdə sürə bilərlər”, ” yaxud da “bu avtomobil deyil, tankdır” və s. zəmanətləri yazılıb. Və bizim şanlı DYP də əhalini mütamadi olaraq xəbərdar edir ki, “bir kilometr aralıdan sürətlə gələn “Porşe” görsəniz ilim – ilim itin”. Şəhidliyin girişindəki iri sütünlarla bağlı təlimatı… isə fantaziyanızı işə salaraq özünüz təsəvvür edin. Məndə alınmadı..

Halbuki “Porşe”nin əyləc diski 500 dərəcə istiliyə hesablanmış qarşıqdan hazırlanır və qaydalara uyğun ən yüksək sürət həddində cəmi bir neçə metr ərzində hərəkətsiz qalır. Yüksək sürətlə avtomobili idarə edən sürücü ən azı 50 metr məsafəni kontrol edə bilmirsə, deyin günah kimdədir?. Mətbuatın nədən dünyanın ən məhşur avtomobil brendlərindən birinin üzərinə nədən “Jiquli” ittihamları getməsini bir azdan açıqlamağa çalışacam…

Aşağıdakı mənzərənin yəqin ki, dəfələrlə şahidi olmusunuz. Yol polisi qaydanı kobud sürətdə pozmuş yüzminlik maşını saxlayır. Maşından çıxan “gülbala” sarılır cib telefonuna… və sonra onu uzadır yol polisinə. Sonluğun nə ilə qurtaracağının siz də dəfələrlə şahidi olduğunuzdan yazmıram.

Başqa bir məqam isə hüquq – mühafizə orqanlarında işləyənlərlə yol polislərinin “həmrəyliyidir”. Bu neqativ tendensiya onları arxayınlaşıdrır və nəticədə qəza qaçılmaz olur. Çünki adi vətəndaşdan fərqli olaraq, onların yol polisi tərəfində saxlanılma ehtimalı demək olar ki, sıfıra bərabərdir.

Günahı başqa yerdə axtarmaq lazım deyil. Qanunun hamı üçün eyni olduğu ölkələrdə bu problem çoxdan həll olunub. Statistikaya müraciət edib, ürəyinizi bulandırmaq istəmirəm. Yeri gəlmişkən, mənə bir neçə il əvvəl mən Avropa ölkələrinin birinə köçmüş həmyerlimizin törətdiyi ağır qəza haqqında danışdılar. Soydaşımız şəhərin mərkəzində maşını saatda 160 km – lə sürərkən idarəetməni itirir və yolun kənarında dayanmış 8 maşını istifadəsiz hala salır. Bunu nədən etdiyini anlamaq gücündə olmayan avropalılar möcüzə nəticəsində sağ qalmış həmyerlimizin psixi problemləri olması qənaətinə gəlirlər və bir neçə ay ruhi dispanserdə müalicə edirlər…

Gələk şanlı mətbuatımızın “Porşe” ilə “Jiqulini” “səhv” salmasına və bu iki qəzanı gündəmdə saxlamalarına. Əslində gözəl bilirlər, məsələ nə yerdədir. Sadəcə onlara elə gəlir ki, məsələyə bu cür yanaşmaları ilə ictimai rəyi yönləndirirlər…

Və bir müddət iqtidarı növbəti məsuliyyətdən yayındırmanın “qürurunu” yaşayırlar… “Düzəlişi” etmək isə, bizə qalır. Bu yazı da o səbəbdən yazıldı…

Bu yaxınlarda boşanmalar haqqında bir araşırmaya rast gəldim. “Ana” (!) səbəblər göstəriləndən sonra keçmişdilər.., Moşu demişkən xarakterik olmayan səbəblərə.

Bu az rast təsadüf edilən səbəblərdən biri nə olsa yaxşıdır?… Maddi sıxıntı… Loru dildə desək, kasıbçılıq…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button