2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Postsovet Azərbaycanında puç edilmiş demokratiya

“Postsovet Azərbaycanında puç edilmiş demokratiya” – məşhur Amerikalı tarixçi Odri Altştadın bu gün Vaşinqtonda təqdimatı keçirilən yeni kitabı belə adlanır.
Müəllif Qərb demokratiya modelini qəbul etdiyini elan edən, daha sonra isə korrupsiyaya uğramış avtoritarizmə gəlib çıxan yeni müstəqil və neftlə zəngin keçmiş sovet respublikasında gedən prosesləri izləyir.
Araşdırma Azərbaycan milliyyətçiliyini formalaşdıran və demokratik hərəkatın inkişafı üçün zəmin hazırlayan Qarabağ müharibəsindən başlayır (1988-1994-cü illər). İlkin uğurlu hökumət tezliklə çevriliş nəticəsində devrilib.
Qərb neft şirkətləri ilə əməkdaşlıqdan gələn gəlir və Altştadın miqdarını “təsəvvür edilə bilməyəcək” qədər adlandırdığı pul axınları hakimiyyəti və neft dollarına nəzarəti əldə saxlamaq üçün rejimi repressiyalara sövq edir.
Dünyəviləşmə sahəsində ölkənin qədim ənənələri olmasına baxmayaraq, boğulmuş demokratik müxalifətdən ümidini kəsənlər üçün və Qərbin hakimiyyətin davam etməkdə olan repressiyalarını tənqid etməməsi şəraitində siyasi islam cəlbedici alternativə çevrilib.
Müəllif öz kitabında Azərbaycan mətbuatında senzuraya nümunələr göstərir, ekspertlərin və yerli və beynəlxalq təşkilatların araşdırmalarından istifadə edir, habelə diplomat və biznesmenlərlə müsahibə dərc edir.
Kitab onun əvvəlki “Azərbaycan türkləri: Sovet Azərbaycanında rus qaydalarına uyğun hakimiyyət və kimlik”, 1920-1940-cı illər adlı əsərlərinə əhəmiyyətli əlavədir.
* Odri L.Altştadt Massaçusets Universitetində tarix professorudur. (contact.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button