2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

‘Praqa ultimatumlarını NATO üçün saxlasın…’

Çex Respublikası Moskvaya xəbərdarlıq edərək bildirib ki, Rusiyadan çıxarılmış Çexiya diplomatları aprelin 22-də günortayadək iş yerlərinə qayıda bilməsələr, Praqa daha çox Rusiya dipliomatının ölkədən qovulmasına dair qərar qəbul edəcək.

Bundan əvvəl Praqa Moskvanı 2014-cü ildə Çexiyada baş vermiş silah anbarı partlayışının arxasında durmaqda ittiham etdikdən sonra Çexiya və Rusiya qarşılıqlı şəkildə və çox sayda diplomatı persona non gratae elan ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Çexiya ölkədən 18, Moskva isə Rusiyadan 20 diplomatı qovub.

Şərhçilər bildirirlər ki, bu, 1989-cu ildən bəri Moskva ilə Praqa arasında ən kəskin qarşıdurmadır.

Çexiyanın vəzifəyə aprelin 21-də təyin edilmiş xarici işlər naziri Yakub Kulhanek jurnalistlərə deyib ki, ölkədən çıxarılmış bütün Çexiya diplomatlarının Moskvadakı səfirliyə qayıtması üçün Rusiyaya “sabah saat 12-dək” vaxt verilib.

“Əgər onlar qayıtmasalar, mən Praqadakı Rusiya səfirliyinin heyət sayını ixtisar edəcəyəm ki, Rusiyadakı Çexiya səfirliyindəki əməkdaş sayı ilə tarazlıq yaransın”.

Say tarazlığı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 21-də deyib ki, “Praqa ultimatumlarını NATO daxilindəki komminikasiyalara saxlasa yaxşıdır”.

Zaxarova xəbərdarlıq edib ki, Rusiya ilə bu tonda danışıq qəbuledilməzdir.

O əlavə edib ki, nazir Kulhanekin bəyanatı ilə bağlı aprelin 22-də Çexiya səfiri Rusiya XİN-ə dəvət olunacaq.

Kulhanek Praqadakı Rusiya səfirini nazirliyə dəvət etdikdən sonra deyib ki, Moskvanın qeyri-mütənasib cavab tədbiri Çexiya səfirliyinin fəaliyyətini “iflic edib”.

Onun sözlərinə görə, halbuki 18 Rusiya diplomatının qovulması Rusiya səfirliyinin fəaliyyətinə ciddi təsir göstərməyib.

Çexiya XİN bildirir ki, hazırda Moskva səfirliyində Çexiyanın 5 diplomatı və 19 xidmət əməkdaşı qalıb, halbuki Praqadakı Rusiya səfirliyində 27 diplomat və 67 başqa əməkdaş var.

24 saat” “‘Praqa ultimatumlarını NATO üçün saxlasın…’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button