2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Prezidentə və vitse-prezidentə müraciət etdim, zəng edib hədələdilər”

10 il Fövqaladə Hallar Nazirliyinin 51 saylı Yanğından Mühafizə Hissəsində Böyük Yanğınsöndürən vəzifəsində çalışmış Əşrəfov Mübariz Əzizəli oğlu keçmiş rəhbərliyi tərəfindən təhdid olunur. Arqument.az xəbər verir ki, bunu Mübariz Əşrəfov yaydığı açıqlamada deyib.

Mübariz Əşrəfov bildirir ki, ona işdən nə üçün qovulduğunu da bildirməyiblər:

“2004-cü ilin dekabrın 24-dən FHN 51 saylı Yanğından Mühafizə Hissəsində Böyük Yanğınsöndürən vəzifəsində əmək fəaliyyətinə başlamışam. 2014-cü ilin sentyabr ayının 24-də heç bir səbəb göstərilmədən FHN-nin sıralarından xaric olunmuşam. Xidmətdən nəyə əsasən xaric olduğumun motivi də məlum deyil. Nə üçün və nəyə əsasən məni xidmətdən azad etdiklərini bildirmədilər”.

Saytların yığılması Saytlarin yigilmasi

24 günün əmək haqqını da vermədilər

Şikayətçi deyir ki, mövcud qanunvericiliyə zidd olaraq işindən azad olunarkən əmək haqqı ona ödənilməyib. Belə ki, əmək məcəlləsində işçinin fəaliyyətinə xitam verilərkən onun qalıq iş saatlarının son əmək haqqında göstərilməsi nəzərdə tutulmağına baxmayaraq, 24 iş günümün əməkhaqqını vermədilər.

M.Əşrəfov daha sonra deyir ki, əməkhaqqını tələb edəndə isə Yanğından Mühafizə İdarəsinin rəis müavini mənə dedi ki, get kimə istəyirsən şikayət elə. Mənim baldızım millət vəkilidir:

“Rəisin qardaşı da kənd təsərrüfatı naziridir. Prezidentə şikayət eləmirsən kimə ürəyin istəyir şikayət et. Bizə kimsə nəsə edə bilməz”.

Şikayətçi ona məxsus hərbi biletin nazirlik tərəfindən qeyri-qanuni olaraq saxlanıldığını deyir.

Sabiq FHN-nin işçisi bildirir ki, qarşılaşdığı haqsızlıqla bağlı fövqəladə hallar naziri Kamaləddin Heydərova şikayət etdikdən sonra nazirlikdən ona zəng edib hədələyiblər.

Prezidentə və vitse-prezidentə müraciət etdim, zəng edib hədələdilər.

Qarşılaşdığı haqsızlıqla bağlı 2 ildir ki, dövlətin müxtəlif instansiyalarına müraciət edən M.Əşrəfovu heç kim dinləmək istəmir.

M.Əşrəfov qeyd edir ki, Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya dəfələrlə yazılı sürətdə müraciət edib. Müraciətdən sonra FHN-dən ona zəng edərək hədələndiyini deyir: “Əgər bir də şikayət etsən, səni məhkəməyə verib həbs etdirərik”.

“Hərbi biletimlə yanaşı işdən çıxarılmağım haqqında verilən əmri vermirlər. Bununla bağlı dəfələrlə şifahi şəkildə müraciət etsəm də, xidmət etdiyim yerdən mənim sənədlərimi vermirlər. Xahiş edirəm mənə köməklik edəsiniz!”, – deyə Mübariz Əşrəfov bildirir.

Yazıdakı iddialarla bağlı sözügedən qurumun da mövqeyini dərc etməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button