2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Prezident AB elçisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycanla AB arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Söhbət zamanı bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olundu”, – məlumatda yazılıb.

Azərbaycan ötən il 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan ərazilərinin üçdə iki hissəsini azad etdiyini açıqlayıb.

Qalan əraziyə isə Rusiya sülhməramlıları və Dağlıq Qarabağda tanınmayan qurumun nəzarət etdiyi bildirilir.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

24 saat” “Prezident AB elçisini qəbul edib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button