2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Prezident administrasiyası yeniləndi

Prezident administrasiyasının yeni strukturu təsdiqlənib. Strukturda dəyişikliklər var.

Yeni strukturda ölkə başçısının əvvəlkindən fərqli olaraq 5 yox, 10 köməkçisi olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Yeni təsdiqlənən strukturda ilk sırada administrasiyanın rəhbəri Ramiz Mehdiyevin adı gəlir.

Prezidentin köməkçisi Cəmilə Abbasova, katibliyinin rəisi isə Dilarə Seyidzadədır.

Azərbaycanın birinci vitse-prezidentinin katibliyinə yeni rəis təyin edilən Altay Həsənov da bu struktura daxildir. O. indiyədək Gimnastika Federasiyasının rəhbəri olub.

Aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanov, ərazi-təşkilati məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev, xarici siyasət məsələləri üzrə köməkçi Novruz Məmmədov, ictimai-siyasi məsələlər üzrə köməkçi Əli Həsənov, iqtisadi məsələlər üzrə köməkçi Əli Əsədov, iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçi Natiq Əmirov da struktura daxildir. Onlar həm də şöbə müdirləridir.

Yeni strukturda ölkə başçısının hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin adı yoxdur. Onun funksiyaları prezidentin hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova həvalə edilib. O, prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisidir. Həmdə, administrasiyada şöbə müdiri.

Strukturda başqa dəyişiklik yoxdur.

Strukturda iki yer – prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi və humanitar siyasət məsələləri şöbəsinin müdiri postları boşdur.

Ötən il Azərbaycanda referendumla Konstitusiyaya bir sıra dəyişiklik edilib. Dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi olub.

Bu il isə prezident İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button