2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasətXəbərlər

Prezident Administrasiyasına alternativ struktur yaradılır?

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə yeni layihə daxil olub. Layihədə “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər təklif edilir.


24saat.org xəbər verir ki, təklif Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumda qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün verilib.
Layihəyə əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır. İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.
Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Məlumat üçün deyək ki, dövlət başçısının fəaliyyətini birbaşa təmin edən orqan Prezident Administrasiyasıdır.
Siyasi şərhçilərin fikrincə, birinci-vitse prezidentin fəaliyyətini təmin edən yeni strukturun yaradılması alternariv administrasiya hesab edilə bilər. Uzun müddətdir ki, mediada hakimiyyət daxilində iki güclü qruplaşma – Paşayevlər və Naxçıvan qruplaşması arasında rəqabət getdiyi barədə iddialar səsləndirilir. Siyasi şərhçilərin ehtimalına görə, alternativ adminsitrasiyanın yaradılması bu rəqabətdən doğa bilər. Mediada səsləndirilən iddialara inansaq birinci-vitse prezidentlə administrasiyanın indiki rəhbərliyi arasında münasibətlər ürəkaçan deyil. Siyası şərhçilər də bundan çıxış edərək birinci vitse-prezidentin administrasiyanın hazırki rəhbərliyi ilə işləmək niyyətində olmadığını ehtimal edir. “Məhz bu səbəbdən demək olar ki, administrasiya alternativ qurum yaradılması zərurətə çevrilib. Əslində bu gözlənilən idi”, – deyə siyasi şərhçilər bildirir.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button