2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident Administrasiyasının avtovağzal əməliyyatı

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Nəqliyyat və Rabitə Nazirliyinin tabeliyindən çıxarılaraq, Prezident Administrasiyasının (PA) İşlər İdarəsinə verilib. Bunu virtualaz.org-a keçmiş Nəqliyyat Nazirliyi yanında Avtomobil Nəqliyyatı Xidmətindəki mənbə bildirib.

Məlumat üçün deyək ki, bu il fevralın 13-də Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) adlandırılıb. NRYTN-nin mətbuat xidmərindən istipress-ə bildirilib ki, Bakı Beynəlxaq Avtovağzal Kompleksi heç bir zaman Nəqliyyat Nazirliyinin tabeliyində olmayıb. NRTYN-nin də strukturuna və tabeli qurumları sırasına daxil edilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

İstənilən halda Bakı Beynəlxalq Avtovağzalının PA-ya verilməsi təəccüb doğurur. Bu məsələ sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Bəzi iddialara görə, avtovağzalın PA-ya verilməsi sırf biznes maraqları ilə izah edilir. Avtovağzalda yüzlərlə mağaza və bir otel fəaliyyət göstərir. Beləliklə, bu qurum ay ərzində milyonlarla manat əlavə gəlir gətirir. İndi bu vəsait PA-nın nəzarətində olacaq.

Biz hələ onu demirik ki, bir neçə il əvvəl Maliyyə və Nəqliyyat Nazirlikləri “Azadlıq” radiosuna Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına dövlət büdcəsindən pul ayrılmadığını bildirmişdi. Hər iki nazirlikdə kompleksin hansı vəsait hesabına tikildiyi barədə məlumat ictimaiyyətə açıqlanmır.

Vergilər Nazirliyindən alınan məlumata görə isə avtovağzalın sifarişçisi olan (bunu bir neçə ilə əvvəl Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov demişdi) “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilər barədə ictimaiyyətə məlumat verilmir.

Beləliklə, aydın olur ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi özəl şirkətə məxsudur. O zaman kompleks hansı əsasla PA-ya verilib. Bu sualın cavabı açıq qalır…

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button