Now Reading:
Prezident Avropa İttifaqının bayrağını endirdi – Foto

Prezident Avropa İttifaqının bayrağını endirdi – Foto

Moderator.az xəbər verir ki, Moldova Prezidenti İqor Dodon vəzifəyə başladıqdan sonra prezident binasından Avropa İttifaqının bayrağı endirilib.

Moldova mətbuatında yazılan xəbərlərə görə, Prezident binasının girişində  Moldova bayrağı ilə yanaşı asılmış Aİ bayrağı götürülüb.
Bayrağın götürülməsinə reaksiya göstərən Liberal partiyalı bir qrup deputat qanunların pozulduğunu bildirib. Bundan sonra Aİ-nin bayrağı yenidən binanın girişinə asılıb. Bir müddət sonra isə bayraq yenidən olduğu yerdən götürülüb.
Prezidentin mətbuat katibi İon Çeban sosial mediada etdiyi açıqlamada Dodonun prezident kimi ölkə konstitusiyasının təminatçısı olduğunu və ölkəni qanunlar çərçivəsində idarə etdiyini bildirib: “Artıq prezident binasında yalnız Moldova bayrağı olacaq”.
Qeyd edək ki, İqor Dodon dekabrın 23-də and içərək vəzifəyə başlayıb.
moldova prezidenti igor dodon ile ilgili görsel sonucu
Cumhurbaşkanı AB bayrağını indirdi
 
Cumhurbaşkanı AB bayrağını indirdi
Input your search keywords and press Enter.