2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident çuğundur becərənlərə subsidiya verilməsi barədə fərman imzalayıb

”Məqsəd inhisarçıların biznesini büdcə hesabına stimullaşdırmaqdır”

Saytların yığılması Saytlarin yigilmasi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” fərman imzalayıb. 

Sənədə görə, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə becərib, təhvil verdikləri  çuğundurun hər tonuna görə 4 manat subsidiya ödənəcək. Nazirlər Kabineti bu qaydanı prezident ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Fərmanı Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov aqrar sektordakı problemlərin kompleks və sistemli qaydada həllinə ehtiyac olduğunu deyib:

“Hökumət gah baramaçılığa, gah pambıqçılığa, gah çuğundura diqqət ayırır. Məqsəd isə dövlət büdcəsi hesabına emal sahəsində fəaliyyət göstərən inhisarçıların biznesini stimullaşdırmaqdır. Sıravi vətəndaş “nə gözəl, prezidentin sərəncamıyla çuğundur becərənlərə hər tonuna 4 manat subsidiya veriləcək” – deyə, düşünür. Halbuki dünya bazarında şəkərin bir tonu 465 dollara təklif olunur. Bu, Azərbaycan manatıyla 800 edir. Azərbaycan istehlakçısına təklif olunan şəkərin qiyməti isə 1200 manatdır. Deməli, Azərbaycandakı qiymət dünya bazarından 50 faiz çoxdur. Bu sahəyə dövlət hesabına subsidiya verilməməlidir. Emal müəssisələri hesabına istehsalçıya daha çox vəsait ödənilməlidir”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov.

Vahid Məhərrəmov deyir ki, bütün sahələri büdcə hesabına inkişaf etdirmək olmaz. Ona görə də bu yanaşma zərərlidir: 

“Çünki ölkənin bütün sahələrini dövlət büdcəsi hesabına inkişaf etdirmək imkanı yoxdur və bu proses bazar iqtisadiyyatı qanunlarına uyğun həyata keçirilməlidir. Paradoksal situasiya yaranır, istehsal olunan təmiz 1 kiloqram şəkər 35-40 qəpiyə alınır. Söhbət çuğundurdan alınan şəkərin xammalından gedir. Bəli, emal xərcləri də var. Ancaq  35-40 qəpiyə alınan şəkər 1 manat 20 qəpiyə satılır. Təəssüf ki, bu qədər fərq baramaçılıq,  pambıqçılıqda da var”.

V.Məhərrəmovun sözlərinə görə, emal müəsisələri hakimiyyətə yaxın olan adamların əlindədir və buna görə də  məmur-oliqarxlara daha geniş imkan yaradılır. Onlar da bazarda özlərini inhisarçı kimi hiss edib, qiymət diqtə edirlər və bu sahədən daha çox gəlir götürə bilirlər: 

“Baxmayaraq ki, maliyyə resursu kəndliyə, fermerə veriləcək, xeyrini emalla məşğul olan inhisarçılar görəcək. Çünki onlar öz gəlirlərini kəndlilərlə bölüşməyəcək. Kəndlilərin xərclərinin az bir hissəsi isə dövlət büdcəsi hesabına  subsidiya şəklində ödəniləcək. Prezidentin sərəncamı da buna xidmət edir”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button