2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Prezident dən Qərbə: “Qulağınızın dalını görərsiniz”

Biz heç bir sanksiyamızı aradan qaldırmayacağıq. Qulaqlarının dalını görərlər.

Bu sözləri Prezident Vladimir Putin ötən gün keçirdiyi mətbuat konfransında Rusiyanın tətbiq etdiyi cavab sanksiyaları haqda danışarkən deyib. O, jurnalistin Rusiyanın tətbiq etdiyi sanksiyalarla bağlı sualını belə cavablandırıb:

“Qulaqlarının ardını görərlər” deməklə fikrimi izah etdim, indi isə daha ətraflı izah edəcəyəm. Birincisi, mən sizinlə razı deyiləm. Rusiya heç kimə sanksiya tətbiq etmir. Bu, bəzi ölkələrin Rusiyaya tətbiq etdiyi sanksiyalara qarşı görülən cavab tədbirləridir. Heç bir halda onların aradan qaldırılması haqda düşünmürük”.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadi sanksiyalardan danışan Putin Rusiya banklarının hər kəsin üzünə açıq olduğunu deyib:

“Rusiya Federasiyasına tətbiq olunan iqtisadi sanksiyalar yerli bankların xarici maliyyə bazarlarından kredit əldə etməyini mümkünsüz edib. Buna baxmayaraq, bizim banklar hər kəsin üzünə açıqdır. 90-cı illərin əvvəllərindən bəri kənd təsərrüfatı sektorumuz güc tətbiq etməklə belə daxili bazara məhsul çıxara bilmirdi. Biz hazırki vəziyyətdən səmərəli istifadə edib məhdudiyyət xarakterli ölçülər götürmüşük”.

Hökumət başçısı həmçinin qeyd edib ki, tətbiq olunan məhdudiyyətlər səbəbindən ÜDM-nin azalmasına baxmayaraq, kənd təsərrüfatı məhsullarının artımının qarşısını ala bilmir:

“Əvvəl Rusiyaya milyon tondan artıq quş məhsulları idxal olunurdu. İndi Rusiya nəinki öz daxili tələbatını ödəyə bilir, hətta xaricə quş əti ixrac etmək iqtidarındadır. Meyvə və tərəvəzlərdə isə məsələ bir az fərqlidir. Məhsul az olduğuna görə qiymətlər qalxır. Hökumət yerli istehsalçıları ddəstəkləməyə çalışır. Türkiyə ilə münsibətlər yaxşılaşmağa və inkişaf etməyə başlayır. Tərəvəz və sitrus meyvələrinə qoyulan idxal qadağası aradan qaldırılıb”.(Axar.az )

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button