2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident HSŞT-nin standartlarına əməl edəcəyilə bağlı fərman verib

“Bu, Futbol Liqasını tərk edəndən sonra turnir yaradıb futbol oynayacağını deməyə oxşayır”

Saytların yığılması Saytlarin yigilmasi

“Prezidentin “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanı şəffaflıq baxımından müsbət dəyərləndirirəm”.

Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (HSŞT) Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu belə deyib.
O hesab edir ki, bu fərman Azərbaycan qurumun sıralarını tərk etməzdən öncə verilsəydi, mədən sənayesində şəffaflıq məsələsinə əlavə keyfiyyət qatardı:

“Amma prezident İlham Əliyev Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsündən (HSŞT) çıxandan sonra fərman verib HSŞT-nin standartlarına əməl edəcəyini bildirir. Obrazlı desək, bu, Futbol Liqasını tərk edib, sonra turnir yaradıb futbol oynayacağını bildirməyə bənzəyir. Öz-özünlə futbol oynamaq kimi bir haldır”.

Q. İbadoğlu deyir ki, HSŞT ildə bir dəfə hesabat verməklə qane olmaz.

Azərbaycanın HSŞT-dən çıxmasının bu qurumda narahatlıq yaratdığını deyən Q.İbadoğlu vurğulayır ki, fərmanda standartlara riayət olunacağı haqda müddəalar bu narahatlığı aradan qaldırmağa yönəlib:

“Amma düşünürəm ki, Azərbaycanın qurumda iştirakçı olaraq qalması daha səmərəli yol idi. Ölkə MSŞT-nin imkanlarından bəhrələnə bilərdi”.

Q.İbadoğlu Azərbaycanın MSŞT-yə qayıtmalı olduğunu düşünür. Deyir, indiki vaxtda ölkəyə investisiyalar lazımdır. Bu qurumdan kənarda qalmaqla bunları əldə etmək mümkün deyil:

“Odur ki, rəsmi Bakı qurumla bağlı, MSŞT-yə inteqrasiya mövqeyinə yenidən baxmalıdır”.

Prezident İlham Əliyev aprelin 5-də “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

2017-ci il martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI – The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqota toplantısında Azərbaycanın bu qurumdakı fəaliyyəti dayandırılıb.

Qurumun yaydığı bəyanatda bildirilirdi ki, Azərbaycan onun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də, ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər də xəbərdarlıq edirdilər ki, bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

EITI-dəki fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan dərhal qurumdan çıxdığını bəyan etmişdi.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button