Now Reading:
Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verib. 

Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, prezidentin 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının 1995-ci il və 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə “İgidliyə görə” medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.

 

Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Input your search keywords and press Enter.