Now Reading:
Prezident İlham Əliyev Ərdoğana zəng edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

APA-nın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı nəticəsində günahsız insanların ermənilər tərəfindən qətlə yetirilməsini bir daha pisləyib, bu faciə ilə bağlı Azərbaycan prezidentinə və xalqımıza baş sağlığı verib.

Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğanölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.