2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezident İlham Əliyev bir daha məmurlara məsuliyyət barədə xəbərdarlıq edib

Bakı/14.09.21 Məmurlar bilməli və xatırlamalıdırlar ki, qanun pozuntusuna görə cəza labüddür. Bu barədə çərşənbə axşamı prezident İlham əliyev Cəlilabad və Şəmkir rayonlarının yeni təyin olunmuş icra başçılarına müraciətlə bildirib.

“Son illər ərzində bir çox yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər (rayonlar), nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb ediliblər. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq”, – Əliyev qeyd edib.

O vurğulayıb ki, məmurlar qanun çərçivəsində işləməli, göstərilən yüksək etimadı doğrultmalıdırlar.

Saytların yığılması Saytlarin yigilmasi

“Siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçısı hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət alıblar”, – Əliyev bildirib.

“Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər”, – dövlət başçısı deyib. 06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button