2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

Prezident İlham Əliyev Cəbrayılın bərpasının təməl daşını qoyub

Bakı/04.10.21 Bu gün Azərbaycan prezidenti İlham əliyev Cəbrayıl rayonuna səfər edir. Bir il öncə  bu gün Azərbaycan ordusu rayon mərkəzini – Cəbrayıl şəhərini erməni işğalından azad edib.

Əliyev bu rayon mərkəzində memorial kompleks, xəstəxana, məktəb və çoxmərtəbəli yaşayış binasının təməlini qoyub. O həmçinin Şərqi Zəngəzur iqtisadi rayonunda sənaye parkının -“Araz vadisi iqtisadi zonası”nın tikintisinə start verib.

Ötən gün dövlət başçısı Tərtər və Bərdə rayonlarına səfər edib. Səfər zamanı o, bir il öncə azad edilmiş Tərtər rayonu Suqovuşan və Talış qəsəbələrinə yeni yolu açıb.

Saytların yığılması Saytlarin yigilmasi

 Əliyev Suqovuşanda ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik hidroelektrik stansiyalarının rekonstruksiyadan sonra açılışında iştirak edib.

“Bu məntəqələrin azad edilməsi bizə rayonda strateji yollara nəzarəti verdi, düşməndə isə canlı qüvvənin hərəkəti və manevrləri üçün böyük çətinliklər və məhdudiyyətlər yarandı”, – Əliyev qeyd edib.

 Azərbaycan prezidenti Ermənistanın məğlubiyyətinin səbəbkarının yalnız Nikol Paşinyanın olması barədə ölkənin eks-prezidenti Serj Sarkisyanın hücumlarına cavab verib.

Əliyev Ermənistanın keçmiş prezidentini “Serjik” adlandırıb və deyib ki, arxiv məlumatları onun məhz bu cür adlandığını göstərir və o, sonradan  “Serj Sarqsyan” olub.

“Mən Suqovuşandayam, əgər Serjikin cəsarəti çatırsa, qoy, buraya gəlsin”, – əliyev Ermənistanın keçmiş prezidentinin hücumuna cavabında deyib.

Talış  kəndində Əliyev ermənilər tərəfindən dağıdılmış Alban-Udi və Rus Pravoslav kilsələrinə baş çəkib. “Bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaq. Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. 30 il ərzində ermənilər bu bölgəni ancaq dağıdıblar”.

Həmçinin o, Rus Pravoslav Kilsəsinin dağıdıldığını qeyd edib. “Görün, nə vəziyyətdədir. Biz onu da bərpa və təmir edəcəyik. Ermənilərdən fərqli olaraq, biz bütün dini abidələrə hörmətlə yanaşırıq. İşğal dövründə ermənilər həmin kilsələrdə kazarmalar yerləşdiriblər”, – əliyev deyib.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button