2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Prezident İlham Əliyev Naxçıvandan erməniləri və onların havadarlarını hədələyib

Mayın 10-da prezident İlham Əliyev Naxçıvanda bir sıra sərt bəyanatlar verib ki, bu da Qarabağ və onun ətrafı ilə bağlı Bakının mövqeyini nümayiş etdirir.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri Fərhad Məmmədov Turan-a müsahibəsində dövlət başçısının fikirlərini şərh edir.

Sual:  İlham Əliyevin oturuşmuş “Dağlıq Qarabağ” coğrafi terminindən imtina etməyə çağırdığını düşünmək doğrudırmı?

Saytların yığılması Saytlarin yigilmasi

Cavab: – Siz düzgün təfsir edirsiniz. Dağlıq Qarabağ süni yaradılmış bir termindir. Tarixi Qarabağ var – Kürəkçay müqaviləsi ilə Rusiya İmperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığının ərazisi. 1828-ci ildən sonra ermənilərin köçürülməsi başlanıb. 20-ci əsrin əvvəllərinə qədər onların sayı məhz dağlıq hissədə artıb və bu, birinci Ermənistan Respublikasının ərazi iddialarına səbəb olub. Bolşeviklər isə bütün bunları DQMV çərçivəsinə salıblar. Yeri gəlmişkən, SSRİ-də yeganə muxtariyyət idi ki, etnik yox, coğrafi baxımdan adlandırılırdı.

DQMV 1991-ci ildə hüquqi meydanda mövcudluğunu datandırıb. Coğrafi baxımdan bu, Qarabağdır, Qarabağ isə Azərbaycandır.

Sual: Rusiya rəhbərliyilə qarşılıqlı anlaşmanın olduğunu nəzərə alsaq, prezident öz tezislərini kimə ünvanlayıb?

Cavab: – Azərbaycan  prezidenti Rusiya xarici işlər nazirilə görüşündən öncə danışıqların çərçivəsini müəyyən edib və erməni rəhbərliyinə mesaj göndərib.    Rəmzi haldır ki, bu, Naxçıvanda edilib.

Azərbaycanlıların belə bir atalar sözü var: “Qızım, sənə deyirəm, gəlinim eşit”. Bu dəfə “qızlar” frankofonlardır – Fransa, Kanada və Lüksemburq. Bu ölkələr vasitəsilə Minsk Qrupunun həmsədrlərinə və əlbəttə ki, Lavrova mesaj göndərilib.

Heç bir status ola bilməz. Bakıda erməni revanşı haqda söhbətlər müharibəyə çağırış kimi qəbul edilir, Şirak təxribatçıları məsələsi isə ümumiyyətlə, Azərbaycanın “daxili işi” kimi müəyyən edilib. Erməni siyasətçilərin demaqoqiyasına layiqli cavab verilib. Bakının Qarabağ ermənilərinə qarşı mövqeyinin sərtləşdirilməsi Lavrovla görüşün nəticələrindən çox asılı olacaq.

Əgər kimsə Qarabağ ermənilərindən Azərbaycana qarşı proksi kimi istifadə etmək istəyirsə, cavab da proksiyə qarşı olmalıdır. Proksinin potensialını müəyyən etmək lazımdır və bunun üçün bütün mexanizmlər var (proksi aralıq bənd,  red.)

Qarabağ erməniləri bu rolda mazoxistlərə, könüllü girovlara çevrilirlər. Bu da onların seçimidir: ya istifadə olunsunlar, əzilsinlər, ya da Azərbaycanın tamhüquqlu vətəndaşları olsunlar.

Fransa, Kanada və ABŞ kimi ölkələr, müəyyən dərəcədə də Rusiya nə qədər ki ermənisentrist siyasət aparacaqlar, ermənilərin illüziyasını stimullaşdıracaqlar, bir o qədər Azərbaycan ermənilərin Qarabağdan çıxması siyasətini ardıcıl surətdə həyata keçirəcək. Onlarla görüşmək və onların xəyali subyektliyinə əminlik vermək lazım deyil… Belə ki, 5 ildən sonra  Rusiya sülhməramlılarının qoruyacağı kimsə də olmayacaq…

30 il ərzində Qarabağ ermənilərindən istifadə ediblər və sonda da atıblar. Onların təhlükəsizliyinə zəmanət verən, “dəmir yumruq” görəndən sonra isə hər dəfə Zəngəzurun adı gələndə konvulsiya keçirən və öz müttəfiqindən onu müdafiə etməsini rica edən  Ermənistan da onlara atıb. Diqqət edin, tamamilə darmadağın edilmiş orduya malik Ermənistan Zəngəzurda Rusiya hərbi bazasının iki dayaq məntəqəsinin yaradıldığını “qürurla” bəyan edir.

Ermənistanın beş ordu korpusu var, onlardan ikisi Qarabağda yerləşirdi. İndi onlara iki korpus üçün yeni infrastruktur tikmək lazımdır, amma bundan ötrü vəsait yoxdur-0-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button