2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezident İlham Əliyev paralimpiyaçıları təltif edib

Bakı/06.09.21 Prezident İlham Əliyev Tokio oyunlarında fərqlənmiş Azərbaycan paralimpiyaçılarının orden və medallarla təltif edilməsi haqqında sərəncam imzalayıb.

Üç qızıl medal qazanan üzgüçü Raman Saleh (Saley) “Şöhrət” ordeninə layiq görülüb.

Oyunlarda dünya rekordunu müəyyənləşdirın nizəatan Həmid Heydəri də eyni mükafata layiq görülüb, həmçinin kürəkatma üzrə Elvin Astanov paralimpiadada rekord vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Oyunların digər doqquz çempionu və bir dördqat mükafatçı 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenilə təltif edilib.

Üç bürünc mükafatçı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Paralimpiyaçı məşqçilər 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif ediliblər.

Bundan əlavə, dövlət başçısı Tokioda mükafat qazanmış paralimpiyaçılara pul mükafatı da ayırıb.

Belə ki, qızıl medal alanlar 200 min manat (məşqçi  100 min manat), gümüş medalçılar 100 min manat (məşqçi  50 min manat), bürünc medalçılar 50 min manat (məşqçi  25 min manat) alacaqlar.

Xatırladaq ki, Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan yığması 162 komanda arasında 9-cu yeri tutub.06D-

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button