2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

Prezident İlham Əliyev: “Qarabağın statusu olmayacaq, Paşinyanla görüşə hazıram”

Bakı/02.10.21 “Mən  Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram”, – Azərbaycan prezidenti İlham Əliyev şənbə günü İspaniyanın  EFE agentliyinə müsahibəsində bildirib. O, Azərbaycan rəhbərliyilə görüşə hazır olmaqla bağlı Yerevandan səslənən bəyanatları belə şərh edib.

Qarabağın gələcəyi barədə suala və bu regionun statusunu müəyyənləşdirməyin lazım olması barədə bəyanatlara cavab verən Əliyev bu məsələnin qapandığını bildirib: “Qarabağın statusu məsələsinə qayıtmaq mümkün deyil. Status yoxdur və hər kəs bu məsələni unutmalıdır”. Qarabağda yaşayan 25 minə yaxın etnik erməniyə gəlincə, onlar Azərbaycan vətəndaşlarıdır və onların hüquqlarına təminat verilir.

Əliyevin sözlərinə görə, Ermənistan öz “xoş niyyət”ini nümayiş etdirməlidir, o zaman Azərbaycanın reaksiyası da adekvat olacaq. Lakin Ermənistan hələ də sülh təşəbbüslərinə müsbət cavab verməyib. Yerevan sərhədlərin delimitasiyası ilə bağlı Avropa İttifaqının təklifinə də cavab verməyib.-02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button