2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident İlham Əliyev: “Azərbaycan “yaşıl enerji”yə keçid prosesində öndə gedənlərdən olmalıdır”

Azərbaycanın bərpa olunan enerji ehtiyatlarının potensialı ölkənin tələbatını üstələyir ki, bu da istehsal olunan “yaşıl enerji”nin ixracına imkan verir. Eyni zamanda, enerji istehsalında qənaət olunan qaz da ixraca, ilk növbədə Avropaya ixraca yönəldiləcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Euronews” telekanalına  müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırır.

“Hədəfimiz belədir. Potensial var. Siz günəşi, istəyimizi, o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpa olunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi “yaşıl enerji”yə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”, – Əliyev deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı, o, “milli enerji şəbəkəsi”nin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

“Biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətlərilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpa olunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”, – İlham Əliyev deyib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button