Xəbərlər

Prezident litvalı naziri qəbul edib

Prezident İlham Əliyev aprelin 30-da Litva Xarici İşlər naziri Qabrielius Landsberqisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub: “Söhbət zamanı Azərbaycan Respublikası – Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edildi. Azərbaycan Respublikası – Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə olundu”.

Litva Xarici İşlər naziri Q.Landsberqis bundan əvvəl Gürcüstan və Ermənistanda olub. O, Cənubi Qafqaz regionuna səfərindən öncə bildirmişdi ki, bu, Şərq Tərəfdaşlığı ölkələrində gedən prosesləri öyrənmək baxımından yaxşı fürsətdir.

Xatırlatma

Azərbaycan Avropa Birliyi (AB) ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, onunla bu sazişin nə vaxt imzalanacağı dəqiq bilinmir.

24 saat” “Prezident litvalı naziri qəbul edib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button