2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident nazir müavini təyin etdi

Vaqif Qadir oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Bununla bağlı Azərbaycan prezidenti 18 may tarixində sərəncam imzalayıb.

Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1994-2001-ci illərdə gənclər, idman nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci ildə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən V. Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir.

Saytların yığılması Saytlarin yigilmasi

APA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button