Now Reading:
“Prezident olmaq istəyən Ziya Məmmədov Putinə 30 milyard göndərib” – VİDEO

Prezidentliyə namizəd Hafiz Hacıyev sabiq nəqliyyat naziri Ziya Məmmədovun prezident olmaq istədiyini və bunun üçün Rusiya prezidenti Vladimi Putinə 30 milyard təklif etdiyini deyib.

24saat.org xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri bunu İctimai Televiziyadanın (İTV) canlı yayımında prezidentliyə namizədlərin Dəyirmi Masası zamanı çıxışında bu barədə fikir səsləndirib.

O vurğulayıb ki, 100 milyard pulu olan Ziya Məmmədov qardaşı – sabiq deputat Elton Məmmədov vasitəsilə Dağıstan prezidentinə 30 milyard göndərib və Vladimir Putinə çatdırmasını istəyib.

Prezidentliyə namizədin sözlərinə görə, Ziya Məmmədov bu pulun qarşılığında Azərbaycanda prezident postuna gətirilməsini istəyib.

24saat.org sözügedən çıxışın videosunu təqdim edir:

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.