2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Prezident: 'Qarabağ yaşayan ermənilərin həyatı… daha yaxşı olacaq'

“Hər münaqişənin öz tarixi, dinamikası və sonu var. Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq – ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

AZƏRTAC-ın xəbərinə görə, bu fikri Prezident İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı hesab edir ki, bu, güclə dəyişdirilə bilməz: “Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir”.

Onun vurğulamasına görə, Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyada qorunur: “Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.

Forumda bir sıra dövlət, hökumət başçıları, siyasətçilər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir. İlk belə Forum Azərbaycanda 2013-cü ildə keçirilib.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Azərbaycan rəsmiləri Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirirlər. Onlar hesab edirlər ki, Qarabağ məsələsi sülh sazişi layihəsinə salınmamalıdır. Amma Ermənistan rəsmiləri Qarabağın təhlükəsizliyini də önə çəkirlər.

Ötən həftə Azərbaycan rəsmi olaraq Qarabağ erməniləri ilə görüş keçirildiyini açıqladı. Lakin orada tanınmayan qurumun təmsilçiləri görüşdən sonra iddia etdilər ki, müzakirələrdə reinteqrasiyadan danışılmayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button