Prezident sənət adamlarının maaşını 50 faiz artırdı - SƏRƏNCAM - 24 saat xəbərlər
Now Reading:
Prezident sənət adamlarının maaşını 50 faiz artırdı – SƏRƏNCAM
Full Article 40 second read

Prezident sənət adamlarının maaşını 50 faiz artırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:

Bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlər görsünlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etsin;

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


Prezident İlham Əliyev

Bakı şəhəri, 11 mart 2019-cu il.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.