2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Prezident səfirə ciddi töhmət elan edib

Bakı/23.12.21 Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycandakı səfir Kayrat Osmonaliyevə ciddi töhmət elan edib. Bu barədə 24.kg Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirib.

Dekabrın 21-də Bakıda Qırğızıstan səfiri ilin yekunlarına dair mətbuat konfransı keçirib. Kayrat Osmonəliyev digər məsələlərlə yanaşı, jurnalistlərə onu da bildirib ki, “Qırğızıstan Mərkəzi Asiya və Zaqafqaziya ölkələrinə Rusiyadan ayrı görüşməyi təklif edib”.

“Bu məlumat həqiqətəuyğun deyil və təxribat xarakteri daşıyır”, – dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Mərkəzlə razılaşdırılmamış və KİV-də bu cür təhrif olunmuş interpretasiya və şişirdilmiş məlumatların yayılmasına  əsas yaradan bəyanatlara görə Sadır Japarov Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonalıyevə ciddi töhmət elan edib”,- mətbuat xidməti bildirib.—0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button