Now Reading:
Prezident seçkisinin diqqətdən kənarda qalan detalları – ANALİZ

İlham Əliyevdən başqa digər namizədlərin toplam səsi isə 2013-cü ildə Cəmil Həsənliyə yazılan səsdən cəmi 8 faiz çoxdur…

Aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində möcüzə baş vermədi. Hakimiyyət seçkiləri ənənəvi qaydada keçirdi. Hətta demokratik düşərgənin seçkiləri boykot etməsi, cəmiyyətdə populyar müxalif simaların rəqabətdə iştirak etməməsi belə, hakimiyyətin narahatlığına son qoymadı. Bəzi ehtimallar vardı ki, iqtidar müxalifətin seçkiləri boykot etməsindən yararlanaraq total saxtalaşadırmaya getməyəcək. Lakin gözlənilənlərin əksini baş verdi. Yerli və beynəlxalq müşahidəçilər səsvermə prosesində nəticələrə təsir edə biləcək qanun pozuntularının olduğunu bəyan etdi.
Düzdür, iqtidar bu iddiaları qəbul etmir, seçkilərə verilən mənfi rəyləri qərəz və ikili standart hesab edir. Bununla belə, 11 aprel seçkiləri də yaddaşlarda azad və ədalətli seçim kimi qalmadı.

24saat.org növbədənkənar prezident seçkilərinin diqqətdən kənarda qalan detallarına toxunub. Bu barədə hələlik heç bir media orqanı yazmayıb, hətta siaysi analitiklər də bu yazıda diqqətə çatdıracağımız məqamların üzərindən keçib.
Beləliklə, birinci məqam prezident İlham Əliyevin 11 aprel seçkilərində topladığı səslərlə bağlıdır. Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə ölkə başçısı 86.03 faiz səslə rəqiblərini geridə qoyub. Bu kifayət qədər yüksək göstərici olsa da, ölkə başçısı bu 2008-ci ildə keçirilən prezident seçkilərindəki rekordu təkrarlaya bilməyib. Məlumat üçün deyək ki, 2008-ci ildə MSK-nın elan etdiyi nəticələrə görə ölkə başçısı 88.73 faiz səs toplayıb. Həmin seçkilərdə İlham Əliyev 2-ci müddətə prezident seçilib. 2013-cü ildə keçirilən seçkilərdə isə İlham Əliyev 4 faiz səs itirib. MSK-nın aşıqladığı nəticələrə ölkə başçısı həmin seçkilərdə 84.54 faiz səslə qalib olub.
O zaman belə çıxır ki, vətəndaşlar İlham Əliyevin 2003-cü ildən 2008-ci ilə qədər fəaliyyətindən razı qalıb. Bundan sonra isə ölkə başçısına inam tədricən azalmağa başlayıb. Hətta 2018-də bu inamı bərpa etmək mümkün olmayıb. Baxmayaraq ki, bu il keçirilən seçkilərdə İlham Əliyevin rəqibləri 2008-ci ildəki alternativlərindən qat-qat zəif olub.
Başqa bir məqam isə ölkə başçısının rəqiblərinin topladığı səslərlə bağlıdır. Hakimiyyət nümayəndələri tez-tez bəyan edir ki, əsas müxalifət təşkilatlarının sosial bazası yoxdur. Amma 2013-cü il keçirilən prezident seçkilərində Milli Şuranın namizədi kimi seçkiyə qatılan Cəmil Həsənli 5.53 faiz səs toplayıb. Bu, MSK-nın elan etdiyi nəticədir. Lakin hətta bu nəticə də 2018-ci ildə keçirilən seçkilərə müxalifət adı altında qatılan namizədlərin topladığı səslərdən çoxdur. Hətta müxalifət adına iddia edən Hafiz Hacıyev (1.52 faiz), Araz Əlizadə (1.38), Razi Nurullayev(0.74) və Fərəc Quliyev (1.17 faiz) birlikdə Cəmil Həsənli qədər səs toplaya bilməyib.
İlham Əliyevdən başqa digər namizədlərin toplam səsi isə Cəmil Həsənliyə yazılan səsdən cəmi 8 faiz çoxdur. Qeyd edək ki, 11 aprel seçkilərində ölkə başçısından başqa 7 namizəd iştirak edirdi…

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.