2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Prezident: ‘Sorosçuların məqsədi məhz gənclərdir’

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxış edib.

Prezident deyib ki, bu gün Azərbaycan inamla irəliyə baxır. Onun vurğulamasına görə, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapıb: “Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar, təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq”.

Prezidentin vurğulamasına görə, “Vətən müharibəsində gənclərin rolu həlledici olub”.

“Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir”. Bu fikirləri isə Prezident İ.Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib. Prezident qeyd edib ki, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur: “Ona görə də bax, bu qlobalistlərin – mən onları şərti olaraq belə adlandırıram – sorosçuların məqsədi məhz gənclərdir”.

Prezident əlavə edib ki, ona görə fondlar yaradılır: “O fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”.

Bu fikrilərə, hələlik, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, habelə Soros Fondunun təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycanda Milli Şura və Müsavat Partiyası kimi müxalif qüvvələr hesab edirlər ki, ölkədə əsas azadlıqlar ciddi şəkildə pozulur.

Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində ( Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button