2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Prezident Şuşada çıxış edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə o, hərbçiləri və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. O deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib: “Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik”.

Bakıda yürüş keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərində yürüş təşkil olunub.

Zərər yürüşü adlandırılan tədbir Azərbaycan Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.

Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edən yürüşdə hərbi orkestrin ifasında mahnı və marşlar səsləndirilib.

Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüşü süvari dəstəsi də müşayiət edib.

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb.

Azərbaycanda Zəfər Günü qeyd edilir

Bu gün, noyabrın 8-i Azərbaycan İkinci Qarabağ müharibəsi ilə bağlı Zəfər Günü qeyd edir.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yenidən ağır döyüşlər başlayıb.

Döyüşlərdə Azərbaycan qoşunları Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və başqa bir sıra əraziləri işğaldan azad etdi.

Noyabrın 8-də də Dağlıq Qarabağda Şuşa şəhərini Azərbaycan ordusu geri aldı. Bundan iki gün sonra, noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs və daha bir sıra məsələlərlə bağlı razılaşma əldə edildi. Üç tərəfin imzaladığı (Azərbaycan, Ermənistan və Rusiya ) həmin razılaşmaya əsasən də, Ağdam, Kəlbəcər və Laçın rayonunun bir hissəsinə Azərbaycan nəzarəti bərpa etdi.

Habelə Laçın dəhlizində (Laçın şəhərindən keçməklə 10 kilometr enində) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirildi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu 44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb. Yaralananların dəqiq rəsmi sayı bildirilməsə də, onlardan 2 min civarında hərbi qulluqçunun indiyə qədər əllik aldığı, amma bu prosesin bitmədiyi açıqlanıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button