Now Reading:
Prezident tərəfdarı olan jurnalist rusdilli azərbaycanlıları təhqir etdi

Prezident tərəfdarı olan jurnalist rusdilli azərbaycanlıları təhqir etdi

[vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row]

Sosial şəbəkə izləyiciləri İlham Əliyevin də rusdilli məktəbi qurtardığını onun diqqətinə çatdırıb.


Prezident İlham Əliyevin tərəfdarı sayılan jurnalist Azər Həsrət rusdilli azərbaycanlıları təhqir edib.

O, öz facebook səhifəsində bu haqda yazıb. “Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”. – deyə o yazıb.

Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində…

Publicerat av Azər Həsrət – Azer Hasret Måndag 15 april 2019

Sosial şəbəkə istifadəçiləri isə buna kəskin etirazlarını bildiriblər. Araşdırmaçı jurnalist Əli Hacızadə Azər Həsrətin bu çıxışını şovinizim adlandırıb: “Bu nə biyabırçılıqdı? Hayasızlıqdı? Tərbiyyəsizlikdi? Hüquq mühafizə orqanları, ictimaiyyət, media, buna ciddi münasibət bildirməlidirlər!” Belələri Moskvadakı ermənilər başda olmaqla bəzi şovinist və antiazərbaycan dairələrə yem verir! P.S. Azərbaycanda rus məktəbləri yoxdu, Azərbaycan məktəblərində rus sektorları var!

Jurnalist Sahilə Aslanova isə
“Müəllimin, deyəsən, ümummilli liderimizin, onun uşaqlarının, rəhmətliklə eyni adı daşıyan nəvəsinin hansı sektorda oxuduğundan xəbəri yoxdur”. – deyə yazıb.

Azər Həsrət əvvəllər hakimiyyətin ən kəskin tənqidçilərindən biri olsa da, daha sonra İlham Əliyevin ən mühafizəkar tərəfdarlarından biri kimi tanınıb.

Az24saat.org

Input your search keywords and press Enter.