2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Prezident təsdiqlədi: Deputatlar, hakimlər və digər məmurların maaşı artırıldı

Yayımlandı: 29 İyul 2022 17:30

Məmurların vəzifə maaşında 1000 manatdan çox artım var

Sentyabrın 1-dən etibarən parlament sədrinin, Konstitusiya və Ali məhkəmələrin sədrlərinin, Baş prokurorun və Hesablama Palatasının rəhbərliyində təmsil olnan şəxslərin maaşı artırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 29-da Azərbaycanın Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, sentyabrın 1-dən etibarən Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 3550 manat olacaq. Hazırda isə o, 2475 manat aylıq vəzifə maaşı alır.

Yeni düzəlişlə sözügedən qanunun 21-ci maddəsinin beşinci hissəsindəki “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəzlənib. Həmin cümlə hazırda tam olaraq belədir:

“Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar”.

Qanunun 29-cu maddəsinin (Deputatın məzuniyyəti) ikinci cümləsi də yeni düzəlişlə ləğv edilir. İkinci cümlə belədir: “Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir”.

Dəyişikliyə əsasən, Milli Məclis sədrinin birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Konstitusiya Məhkəməsi haqqında” Qanuna edilən dəyişikliklə isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat olacaq. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Dəyişiklikdə sözügedən maddənin 72.2-ci (Konstitusiya Məhkəməsi hakiminə əmək məzuniyyətinə çıxdığı vaxt dövlət büdcəsi hesabına birdəfəlik ödəmə qismində iki aylıq əmək haqqı məbləğində müavinət verilir) və 73.6-cı (Konstitusiya Məhkəməsi hakimlərinin müalicəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət verilir) maddələri ləğv edilir.

Bu qanun da 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Prezidentin digər sərəncamı ilə Ali Məhkəmənin sədrinin aylıq vəzifə maaşı 2475 manatdan 3550 manata qədər artırılıb.

Ümumilikdə hər biri üçün artım 1075 manat təşkil edir.

Prezidentin növbəti sərəncamı ilə “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Qanuna edilən dəyişiklik təsdiqlənib.

İyulun 1-dən qüvvəyə minən bu dəyişikliyə əsasən ölkənin Baş prokuroru sentyabrın 1-dən etibarən 3260 manat məbləğində aylıq vəzifə maaşı alacaq. İndiyə qədər Baş prokurorun nə qədər məvacib aldığı isə qanunda göstərilməyib.

“Hesablama Palatası haqqında” Qanuna edilən dəyişikliklə palata sədrinin aylıq vəzifə maaşı 3150 manat alacaq. Onun müavini 2800 manat, auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Qanunla Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button