2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətSosial

Prezident tələbələrin təqaüdlərini artırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərini artırılıb. 24saat.org xəbər verir ki, bununla bağlı sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilib:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara – 300 manat

Saytların yığılması Saytlarin yigilmasi

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 180 manat

ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

Sərəncamda bildirilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button