2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Prezident yanında Apelyasiya Şurası sahibkarların şikayətlərinin azaldığını elan edib

Nazim Bəydəmirli: ”Şikayətlərin azalmasının yeganə səbəbi inamsızlıqdır”

2017-ci ildə Prezident yanında Apelyasiya Şurasına daxil olmuş ümumi müraciətlərin sayı 2016-cı illə müqayisədə 2,9 dəfə, bilavasitə sahibkarlar tərəfindən verilən şikayətlərin sayı 2,2 dəfə azalıb.

Ümumilikdə şuraya hüquqi və fiziki şəxslərdən 317 müraciət daxil olub. Onlardan 163 müraciət Şuranın səlahiyyətinə aid olmadığından araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmin şikayətlər əsasən sahibkarlar tərəfindən verilməyən, sahibkarlıq fəaliyyətinə aid olmayan məsələlərlə, habelə cinayət təqibi, məhkəmə işləri, inzibati cərimələr, bank kreditləri, su, qaz, işıq təchizatı ilə əlaqədar idi.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev Azərtac-a bildirib.

Onun sözlərinə görə, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları hesabat ilində xeyli azalsa da, hələ də tam aradan qaldırılmayıb:

“Bəzən mərkəzi və yerli icra hakimiyyətləri, onların Apellyasiya şuraları müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırmadan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsassız qərarlar qəbul edirlər. Sahibkarların müraciətlərinin həllinə belə münasibət son nəticədə iqtisadi inkişafa mənfi təsir göstərir, qanun pozuntularına, haqlı narazılıqlara gətirib çıxarır, şikayətlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir. İş adamlarının şikayətləri düzgün araşdırılmadığına görə hesabat ilində mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı ləğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb”.

İqtisadçı-alim Nazim Bəydəmirli mahiyyət etibarı ilə Apelyasiya şuralarının yaradılmasının yaxşı məqsədə xidmət etdiyini hesab etsə də, praktikada problemlərin həll olunması bürokratik əngələ çevrildiyinə təəssüflənir. O qeyd edib ki, apelyasiya şuralarının rəhbərləri nazirlərin, komitə sədrlərinin müavinləridir.

“Nazirlik hər hansı sahibkarın hüquqlarını tapdalayan qərar qəbul edir və sahibkar da həmin nazirlikdən şikayət edir. Mən Dövlət Əmlak Komitəsi ilə bağlı belə bir halla rastlaşmışam. Prosedur elədir ki, əvvəlcə komitənin Apelyasiya Şurasına müraciət etməlisən, mənfi cavab alınsa, Prezident yanında Apelyasiya Şurasına üz tutmalısan. Bu prosedurdan keçib Prezident yanında Apelyasiya Şurasına müraciət etsəm də, heç bir effekt olmadı”.

Onun fikrincə, bəzən nazirliklər işin perspektivini öz xeyrinə həll edə bilməyəcəklərini məhkəmədə görərkən Apelyasiya şuraları adından qərarlar verirlər. N.Bəydəmirlinin sözlərinə görə, bu, sahibkarları məhkəmə çəkişməsindən çəkindirmək məqsədi güdür.

Nazim Bəydəmirli

İqtisadçı düşünür ki, şikayətlərin azalmasının yeganə səbəbi inamsızlıq və Apelyasiya şuralarının praktikada özünü doğrultmamasıdır:

“Bu, yaradılan qurumların deklorativ xarakter daşıdığını göstərir. Halbuki, sahibkarlara ən yüksək səviyyədə mənəvi-siyasi dəstək olub, ölkə prezidenti Nazirlər Kabinetinin müşavirələrində, regionlardakı çıxışlarında bu tipli mesajlar versə də, təcrübədə əksini görürük. Səbəb yalnız məmur sahibkarlığıdır. Bir çox hallarda məmurlara bağlı şirkətlər digər sahibkarların hüquqlarını tapdalayır”.

O xatırladıb ki, 2012-ci ildən “BakuCtill” Company şirkətinin metal istehsalçıların qarşı reder hücumunun qarşısını alınması üçün müvafiq nazirliklərə müraciət edib.

“Amma Dövlət Əmlak Komitəsi və Vergilər Nazirliyi seyrçi mövqedə qaldılar, parallel olaraq həmin qurumların Apelyasiya Şuralarına da müraciət etmişdik, yenə effekt vermədi. Şikayətlərin azalması sahibkarların problemlərinin azalması anlamına gəlməməlidir”.

N.Bəydəmirli vurğulayıb ki, normal sahibkarlar məmur zümrəsinə aid deyil, onların bir çoxu Azərbaycanın bazarından çıxıb, yaxud çıxarılıb.

“Qalanlar xırda sahibkarlardır ki, onların da investisiya imkanları olmadığından xaricə gedə bilmirlər. Məmur sahibkarlığı isə özündən şikayət verməz. Dəfələrlə bu barədə danışmışıq, yenə də deyəcəyik: nə qədər ki, Azərbaycanda məmur sahibkarlığı var, qanunvericilik qarşısında kiçik və iri holdinqlərin sahibləri eyni hüquq və vəzifələr daşımasalar, müvafiq nazirliklər onlara eyni yanaşma sərgiləməsə, deməli, Azərbaycanda əsl sahibkarlıq inkişaf etdirilə bilməz. Ona görə sahibkarlara münasibət dəyişilsin, məmurların gəlir deklorasiyaları açıqlansın, “Korrupsiya qarşı mübarizə” qanunu işlək vəziyyətə gətirilsin və rəqabət mühiti yaransın. Əks təqdirdə, ayrı-ayrı nümunələr görsək belə, bu, ümumilikdə sahibkarlığın inkişafı halına gəlməyəcək”.
meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button